dini radikalizm və ekstremizmlə mübarizə

Zaxarova: "ABŞ və Fransa Rusiyaya ATƏT-in Minsk qrupunun işini bərpa etməyə hazır olduqlarını bildirməyib"

Zaxarova: "ABŞ və Fransa Rusiyaya ATƏT-in Minsk qrupunun işini bərpa etməyə hazır olduqlarını bildirməyib"

ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Bakı ilə İrəvan arasında hərtərəfli sülhə nail olmaq üçün Rusiya tərəfinə bu mexanizmin işini bərpa etməyə hazır olduqları barədə siqnallar göndərməyiblər.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

“Bizə belə siqnallar daxil olmayıb. Biz onları gözləmirik”,-deyə Zaxarova bildirib.

Zaxarova bildirib ki, Vaşinqton və Paris Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina etməklə faktiki olaraq "ATƏT-in Minsk Qrupunun üç həmsədrinin vaxtilə yaxşı əlaqələndirilmiş işini" iflic ediblər.

Oxunub: 277
Oxşar xəbərlər
SON XƏBƏRLƏR