dini radikalizm və ekstremizmlə mübarizə

Mixail Xodorkovskidən rus əsgərinə müraciət: "Putin Rusiya üçün döyüşmür"

Mixail Xodorkovskidən rus əsgərinə müraciət: "Putin Rusiya üçün döyüşmür"

“Biz hazırda Ukraynada döyüşən rus hərbçilərinə və strateji nüvə birləşmələrində xidmət edən, Putinin xüsusi döyüş vəzifəsi daşıyan hərbçilərinə müraciət edirik. Qardaş qırğınını dayandırmaq, dünya müharibəsi və nüvə müharibəsinin qarşısını almaq lazımdı”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu fikirləri YUKOS Neft Şirkətinin sabiq prezidenti Mixail Xodorkovski deyib.

O, bildirib ki, bəlkə də Rusiyada nə baş verdiyini hamı başa düşmür.

“Amma siz, Ukraynada döyüşənlər, öz gözlərinizlə görürsünüz. Görürsünüz ki, xarici ölkəyə hücum etmisiz. Baxırsan ki, bunkerdə oturan adamın şöhrəti üçün həm rusları, həm də ukraynalıları öldürməyə məcbur olursuz. İstisna etmirik ki, sabah sizə Ukrayna şəhərlərinə qarşı taktiki nüvə silahından istifadə etmək əmri veriləcək. Dayanın! Cinayət əmrinə tabe olmayın! Putin Rusiya üçün müharibə aparmır. O, öz sarayları, yaralı qüruru və mütləq gücü üçün savaşır” – deyə Xodorkovski əlavə edib.

Oxunub: 696
Oxşar xəbərlər
SON XƏBƏRLƏR