dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyanın Minsk Qrupundakı həmsədrini dəyişməsinin SİRRLƏRİ – Moskva nə etmək istəyir? – AÇIQLAMA

Rusiyanın Minsk Qrupundakı həmsədrini dəyişməsinin SİRRLƏRİ – Moskva nə etmək istəyir? – AÇIQLAMA

“Minsk qrupunun həmsədrləri Azərbaycan-Ermənistan sərhədində baş verənlərlə bağlı bəyanat yayıb, tərəfləri sakitliyə dəvət edir. Missiyası Qarabağ münaqişəsinin həlli ilə bağlı olan Minsk qrupunun sərhəd məsələsinə münasibət bildirməsi təəccüblü olduğu qədər də bəllidir: həmsədr ölkələr münaqişə bitsə də, bu institut üzərindən bölgədəki maraqlarını həyata keçirməyə çalışır, sərhəd gərginliyini yeni fürsət olaraq görürlər”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında araşdırmaçı jurnalist Asif Nərimanlı səsləndirib. O bildirib ki, bu fikirlərdə iki əhəmiyyətli məqam var: “Birincisi sərhəd gərginliyindən sonra Qarabağ məsələsinin arxa plana keçməsi, “fəaliyyət” göstərməkdə israr edən həmsədrlik institutunun da gündəminin dəyişməsidir. İkincisi Minsk qrupunun Qarabağdakı reallığı qəbul etməyə məcbur olmasıdır. Rəsmi Bakı Minsk qrupuna artıq ehtiyac olmadığını vurğulayıb və fəaliyyət göstərmək istəyirsə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına töhfə verməyə çağırıb. May ayında sərhəddə başlanan gərginlikdən sonra Minsk qrupu fəaliyyətini (iyunun 2-də Vyanada Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdilər və növbəti dəfə bu gün bəyanat verdilər) bu istiqamətə yönləndirir”.

Asif Nərimanlı əlavə edib ki, bu, Bakının postmünaqişə strategiyasına uyğundur: “Diqqətçəkən məqamlardan biri də Rusiyanın Minsk qrupundakı həmsədrini dəyişməsidir: İqor Popovu, İqor Kovayev əvəzlədi. Bu əvəzləmə Rusiyanın Minsk qrupuna münasibətinin də dəyişməsi kimi qəbul edilə bilər. Çünki ABŞ və Fransa həmsədrlərini mütəmadi dəyişsə də, Popov 2010-cu ildən bu postda idi və münaqişənin həllindən sonra dəyişdirildi. Moskva münaqişənin bitdiyi və Minsk qrupunun fəaliyyətinin humanitar, ikitərəfli münasibətlərin düzəldilməsi kimi məsələlərlə məhdudlaşdırılması mövqeyini bölüşür. Yeni rusiyalı həmsədrin fəaliyyəti də Minsk qrupunu bu istiqamətdə yönləndirmək ola bilər.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR