dini radikalizm və ekstremizmlə mübarizə

Paşinyan yenə Moskvaya gedir

Paşinyan yenə Moskvaya gedir

Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan 7 iyul tarixində Moskvaya işgüzar səfər edəcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.

Tərəflər görüş zamanı hər iki ölkə arasında gündəmdə olan mövzuları, həmçinin 2020-ci ilin 9 noyabr və 2021-ci ilin 11 yanvar tarixlərində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli Qarabağ bəyannaməsinin həyata keçirilməsi məsələlərini müzakirə edəcəklər.

Bundan əlavə, Paşinyan Putinlə regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması barədə də fikir mübadiləsi aparacaqlar.

Xatırladaq ki, Paşinyan sonuncu dəfə cari ilin aprelin 7-də Rusiyaya səfər edərək Kremldə Putin tərəfindən qəbul edilmişdi.

Oxunub: 508
Oxşar xəbərlər
SON XƏBƏRLƏR