dini radikalizm və ekstremizmlə mübarizə

“Bunu Şuşada etmək yanlış idi” – Koçaryan Arayik və Nikolu İTTİHAM ETDİ

“Bunu Şuşada etmək yanlış idi” – Koçaryan Arayik və Nikolu İTTİHAM ETDİ

“44 günlük müharibə zamanı Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanıması heç nəyi dəyişdirməyəcəkdi”.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.

“Bunun bir şeyi dəyişdirəcəyini düşünmürəm. Müharibə yaratmamaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımadıq. Bəs Ermənistan hökuməti nə etdi? Müharibənin nəticələrini Azərbaycan üçün rəsmiləşdirdi”, – Koçaryan qeyd edib.

Eks-prezident Baş nazir Nikol Paşinyanın vaxtilə Şuşa ilə bağlı atdığı addımların, o cümlədən, separatçıların başçısı Arayik Arutyunyanın “andiçmə mərasimi”nin burada keçirilməsinin yanlış olduğunu bildirib:

“Andiçmə mərasimini Şuşada keçirməyə ehtiyac yox idi. Çünki Şuşanın çox həssas bir məsələ olduğunu bilirdilər. Aşkar edilməməsi lazım olan şeylər var, çünki bunu edəndə danışıqlar yolu ilə nəyəsə nail olmaq üçün heç bir ümid buraxmırsınız”./teleqraf/

Oxunub: 682
Oxşar xəbərlər
SON XƏBƏRLƏR