dini radikalizm və ekstremizmlə mübarizə

Gözlənilməz AÇIQLAMA: “Diplomatik münasibətlər yoxdursa, Rusiya danışıqlarda iştirak etməlidir”

Gözlənilməz AÇIQLAMA: “Diplomatik münasibətlər yoxdursa, Rusiya danışıqlarda iştirak etməlidir”

Rusiya, Azərbaycan və Ermənistan sərhədindəki insidenti tənzimləmək, o cümlədən demarkasiya və delimitasiya prosesini həyata keçirmək üçün tərəflərə vasitəçiliyini təklif edib. Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 19-da tacikistanlı həmkarı Sirociddin Muhriddinlə Düşənbədə keçirdiyi mətbuat konfransında bildirib.

Bəs bizim bu təklifə münasibətiniz necə olmalıdır?

Djb.az xəbər verir ki, mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu maraqlı məqamlara toxunub: “Buna cavab vermədən öncə başqa suala aydınlıq gətirməliyik: Rusiyanın vasitəçiliyi nə zaman Azərbaycan üçün faydalı olub? Uzaq və yaxın tariximiz bu suala müsbət cavab vermir. Rusiya hərbçiləri Qarabağda separatçıları tərksilah etmədikləri kimi, “İskəndər – M” raketləri ilə bağlı müəmma da çözülmədi”.

Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin müharibə günlərində Ermənistana silah və sursat daşıdığını gizlətmədi: “İndi bu dövlət Azərbaycanla Ermənistan arasında sərhəddi müəyyənləşdirmək üçün hakim rolunda çıxış etsə, nəyin baş verəcəyi üzərində baş sındırmağa dəyməz. Haqlarımız qorunmayacaq. Ona görə də rəsmi Bakı “sərhədin müəyyənləşlməsi iki dövlət arasında danışıqlar vasitəsilə aparılmalıdır” yanaşmasında israrını davam etdirməlidir. Doğrudur, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın bu məsələyə münasibəti belədir ki, “Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdursa, danışıqlar prosesində Rusiya iştirak etməlidir”. Yəni İrəvan artıq Rusiyanın vasitəçi təklifini dəstəkləyib. Ermənistanın dəstəklədiyi təklif isə Azərbaycanın xeyrinə ola bilməz.

Oxunub: 526
Oxşar xəbərlər
SON XƏBƏRLƏR