dini radikalizm və ekstremizmlə mübarizə

Aİ Sammiti Rusiya ilə münasibətlərə dair müzakirəni iyunadək təxirə salıb

Aİ Sammiti Rusiya ilə münasibətlərə dair müzakirəni iyunadək təxirə salıb

Avropa İttifaqının (Aİ) dövlət və hökumət başçıları Rusiya ilə münasibətlərə dair strateji müzakirəni iyunda keçiriləcək növbəti zirvə görüşünədək təxirə salıblar.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ rəhbəri Şarl Mişel sammitdən sonra keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, Aİ-dəki bir mənbənin bildirdiyinə görə, Ş.Mişel martın 22-də Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında sammitdə Rusiya ilə bağlı koronavirusa qarşı “Sputnik V” peyvəndinin istifadəsi ilə bağlı məsələyə toxunulduğunu deyib. O, həmçinin, Rusiya ilə münasibətlərə dair müzakirənin növbəti zirvə görüşünədə aparılacağını vurğulayıb.

Oxunub: 581
Oxşar xəbərlər
SON XƏBƏRLƏR