dini radikalizm və ekstremizmlə mübarizə

Regionda dağıdıcı müharibə qaçılmazdır - Moskvadan baxış

Regionda dağıdıcı müharibə qaçılmazdır - Moskvadan baxış

Qəribədir ki, bir çoxları Donbas ətrafında baş verənləri anlamır. Burada hər şey asan olduğu qədər də dəhşətlidir. Donbas problemi birbaşa Krım problemindən irəli gəldi. Hadisələrin xronologiyası bunu deməyə tam olaraq əsas verir.

Djb.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlamasında siyasi ekspert, Rusiya Elmi Araşdırmalara dəstək Fondunun Ekspert Şurasının sədri Qriqori Trofimçuk bildirib.

“Krım məsələsinin nisbi sadəliyi avtomatik olaraq Donbasın çətinliyindən irəli gəlirdi. Donbasda müharibə hələ ki, başlamayıb. Bu, ertələnmiş bir hadisədir. Lakin bu problemin həlli çətin ki, mümkün olsun. Buna görə də orada hər şey bir qığılcıma bağlıdır. Minsk razılaşmaları vasitəsilə də məsələni çözmək, təəssüf ki, alınmayacaq. Bu da tədricən hamıya aydın olur.

Çoxları başa düşür ki, bu razılaşmalar yalnız 2015-ci ildə birbaşa olaraq müharibənin dayandırılmasına yönəlmiş müvəqqəti qərar idi.

Rusların əksəriyyəti səhvən Ukrayna və onun imkanlarına ironiyalı yanaşmağa üstünlük verirlər, lakin bu dövlətin Rusiyaya qarşı yönəlmiş böyük bir hərbi aksiya ola biləcəyini düşünən azdır. Bu düşüncəli “vətənpərvər” ruslar hələ 2014-cü ildə təklif edirdilər ki, Rusiya ordusu Kiyevə girsin. Lakin Qərb də elə bunu da gözləyir - Rusiya birbaşa müharibəyə əl atsın, ya da Donetsk və Luqanskın suverenliyini tanısın”, - deyə həmsöhbətimiz qeyd edib.

Trofimçukun sözlərinə görə, bəzi rusiyalılar hələ də SSRİ və RF arasında fərq görmür, onlar bütövlükdə baş verənləri dərk etmir:

“Son zamanlar Donbas probleminin yeni komponentləri ortaya çıxıb: Ukraynaya Türkiyədən silahlar, xüsusilə pilotsuz aparatlar gəlir. Ukraynanın silahlanması isə problemləri daha da fəallaşdırır və müharibəyə doğru meyilləri artırır. Beləliklə, bütün bu dediklərimizə əsasən onu qeyd edə bilərik ki, müharibə qaçılmazdır. Bu dütün nəhəng region üçün heç də ilə yaxşı bitməyəcək. Problemin həllinin dinc yolları isə artıq mövcud deyil”.

Oxunub: 374
Oxşar xəbərlər
SON XƏBƏRLƏR