dini radikalizm və ekstremizmlə mübarizə

İrana gedən yola Azərbaycan nəzarət edir - Minasyan

İrana gedən yola Azərbaycan nəzarət edir - Minasyan

Bu yaxınlarda yüksək rütbəli İran diplomatı ilə görüşdüm. O mənə İran xarici işlər naziri Cavad Zərifin Baş nazir Nikol Paşinyanla danışıqlarının mətbuat üçün açıq olmayan hissəsini açıqladı. Həmin diplomatın sözlərinə görə, Cavad Zərif rəsmi İrəvanın bərbad siyasətinin bölgədə mövcud olan geosiyasi durumun dəyişməsinə, qüvvələr nisbətini dəyişdirdiyinə, habelə Azərbaycan (və onun müttəfiqlərinə) bütün istiqamətlər üzrə böyük üstünlüklər bəxş etməsinə gətirib çıxardığını söyləyib.

Axar.az Musavat.com-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, keçmiş prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Teleqram kanalında yazıb.

“Burada ən ziddiyətli məqam ondan ibarətdir ki, İran artıq klassik mənada Ermənistanla quru sərhədinə malik deyil. İndi İrandan İrəvana gələn və gedən yola ya Rusiya, ya da Azərbaycan əsgərləri nəzarət edir. Ən önəmlisi isə iranlı nazir erməni hökumətini bütün bölgəsəl balansı yerindən oynatmaqla pantürkizmin yüksəilişinə rəvac verməkdə suçlayıb. Əslində biz bu gün 3 paralel gerçəklikdə yaşayırıq. De-yure gerçəklik müharibədən sonra qurulan geopolitik konfiqurasiyadan ibarətdir. De-fakto gerçəklik isə Qarabağda, Azərbaycanla Ermənistan sərhədində baş verənlərdir. Bir də üçüncü gerçəklik var ki, bu da yalnız Nikola məlumdur. Məhz onun başında şifahi razılaşmalar, qeyri-rəsmi vədlər, üzərinə götürdüyü öhdəliklərlə belə bir gerçəklik əmələ gəlib. Bu reallıq sayəsində və Nikolun ustalıqla xalqının arxasından gördüyü işlər nəticəsində ölkə və dövlətçiliyin dağılması prosesi davam edir", - Minasyan bildirib.

Oxunub: 377
Oxşar xəbərlər
SON XƏBƏRLƏR