“Hazırda Azərbaycanın iki mülki şəxsi erməni girovluğundadır”.
Bunu APA-nın Azərbaycanın Ermənistan tərəfdə saxlanılan mülki şəxsləri ilə bağlı sualına cavabında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib.
O qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi həmin iki mülki şəxsə baş çəkib: “Onlarla bağlı hazırda iş gedir. Həmin iki nəfər 27 sentyabrdan əvvəl - biri ötən ilin aprel, digəri isə iyun ayında girov götürülüb”.
Oxunub: 448