dini radikalizm və ekstremizmlə mübarizə

"Ermənilərin yalançı təbliğatı artıq beynəlxalq münasibətlərdə keçmir" - ŞƏRH ÖZƏL

"Ermənilərin yalançı təbliğatı artıq beynəlxalq münasibətlərdə keçmir" - ŞƏRH ÖZƏL

“Uydurma "erməni soyqırımı" erməni millətçiləri tərəfindən keçmiş Osmanlı, indiki Türkiyəyə qarşı siyasi təzyiq aləti kimi ortaya atılıb. Müəyyən xarici qüvvələr bu məsələdə erməni millətçilərinə, erməni diaspora dairələrinə dəstək veriblər. Müəyyən dövrdə də bu əməllərinə nail ola biliblər. Məhz bunun nəticəsidir ki, 20-dən çox ölkənin parlamenti bu barədə ədalətsiz qərar qəbul edib. Ancaq son dövrlərdə ermənilərin bu yalançı təbliğatı artıq beynəlxalq münasibətlərdə keçmir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, Türkiyənin və türkdilli dövlətlərin beynəlxalq birlikdə siyasi hüdudları böyükdür: “Onların fəaliyyəti dünyada təhlükəsizliyin qorunmasına, əməkdaşlığın genişlənməsinə çox böyük xidmət edib və artıq erməni millətçilərinin bu hay-küyünə hər hansı bir ehtiyac qalmayıb. Erməni politoloqlarından biri mətbuatda belə bir açıqlama verib ki, biz 20-dən çox ölkənin parlamentinin “soyqırımın” tanınmasına nail olmuşuq, lakin Dağlıq Qarabağ məsələsində həmin ölkələrdən biri də bizi müdafiə etmir və gördüyümüz işin nəticəsi yoxdur. Türkiyə-Azərbaycan və digər türkdilli dövlətlər erməni yalanının ifşası üçün birgə fəaliyyət göstərirlər. Onlara ən gözəl cavab bu gün dövlətimizin nüfuzu, iqtisadi qüdrətimizin artması, Azərbaycanın və Türkiyənin iştirakçısı olduğu regional-iqtisadi layihələrin dünyanın diqqətini cəlb etməsi, Azərbaycanda, Türkiyədə və türkdilli dövlətlərdə beynəlxalq tədbirlərin geniş şəkildə keçirilməsidir”.

A.Mizəzadə vurğulayıb ki, Ulu Öndər tərəfindən ideyası irəli sürülən, Prezident İlham Əliyev tərəfindən davam etdirilən Bakı-Tibilisi-Ceyhan neft kəməri bu gün Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır: “Bakı Tibilisi Qars dəmiryol xəttinin çəkilişi Asiya ilə Avropa arasında çox böyük bir körpü rolunu oynayıb və bu günlərdə vaxtaşırı Çindən Avropaya çoxsaylı yüklər məhz bu dəmiryolu xətti ilə daşınır. Göründüyü kimi ermənilərin bu gün türkdilli dövlətlərin uğurlarına kənardan həsədlə baxmasından başqa yolu qalmayıb. Torpaqlarımızın işğalı məsələsində də Azərbaycanın hücum taktikası, qətiyyətli mövqeyi hesab edirəm ki, öz nəticəsini verəcək”.

Oxunub: 441
Oxşar xəbərlər
SON XƏBƏRLƏR