dini radikalizm və ekstremizmlə mübarizə

Pandemiya dövründə həkim soyğunçuluğu, yaxud Azərbaycan Tibb Universitetinin Tədris Caərrahiyyə Klinikasında nələr baş verir?..


Bir neçə il öncə Sumqayıtda cərrahın səhvən xəstənin sağ ayağının əvəzinə sol ayağını kəsməsi xəbərini eşidəndə, sözün əsl mənasında, vahimələnmişdim, şoka süşmüşdüm... Onda heç ağlıma belə gəlməzdi ki, buna bənzər bir iş illər sona mənim də başıma gələ bilər.. Amma necə deyərlər .. ".deyilənlər gəldi başa..." Bir yandan da bu koronavirus...
Bu il martın 11-də həyat yoldaşım R.Əhmədova ATU-nun Tədris Cərrahiyyə Klinikasında qida borusundan cərrahi əməliyyat olunarkən səhvən xəstənin nəfəs borusunu da deşdilər, nələr çəkdik bu 8 gündə klinikanın qapısında.. İnsafən səhvini cərrah Arif Ağayev özü də etiraf etdi və xəstənin həyatını təhlükə qarşısında qoymadı, açıq əməliyyata keşərək həyatını xilas edə bildi. Bu işdən baş həkim Ramiz Poluxovun da xəbəri var..
Qısası, 3 min manatlıq əməliyyat mənə 10 min manata başa gəldi. Hələ cərraha verdiyim 3 min manatı demirəm. Nəfəs borusunun müaliçəsi üçün əlavə ödənişləri dayandırmaq üçün xalq yazıçısı hörmətli Anar müəllimin baş həkimə zəng etməsi də bu soyğunçuluğun qarşısını ala bilmədi, görəsən Azərbaycanın adlı-sanlı bir Yazıçısının yerə düşən Sözünü yerdən qaldırmağa kimin gücü cata bilər?
Bir yandan da bu koronavirus...
P.S. jurnalist Akif Əhmədlinin başına gələnləri hərbi jurnalist Şamil Sabiroğlunun sosial mediadakı paylaşımında gördüm. Həmkarlarımla bağlı olan xəbərləri hər zaman diqqətdə saxladığım üçün bu xəbərdən də yan keçə bilməzdim. Həkimin səhfi nəticəsində baş verən nöqsanı aradan götürmək üçün müəyyən addımların atılması lazım gəldiyi halda jurnalistə vurulan həm maddi ziyanın, həm mənəvi sarsıntının qarşılığı görəsən nədən belə biganəlik olub?
3 min azn danışılan cərrahi əməliyyat həkimin nöqsanı olduğu halda nə üçün Akif müəllim əlavə pul ödəməli olub?
Mən Akif Əhmədliyə məhkəməyə müraciət etməsini məsləhət bilərəm. Həkimdə baş. həkimdə bu məsələyə görə hüquq mühafizə orqanları qarşısında cavab verməlidirlər.
Kimliyindən asılı olmayaraq hər kəs atdığı məsuliyyətsiz addımının nəticə ehtibarı ilə cavabın verməlidir.

A. İLAHƏ

Oxunub: 648
Oxşar xəbərlər
SON XƏBƏRLƏR