dini radikalizm və ekstremizmlə mübarizə

“Ədəbi tənqid və müasir ədəbi proses” mövzusunda inteqrativ dərs


Xəzər Universitetinin Nərimanov Kampusunun kitabxanasında Dillər və ədəbiyyatlar departamentinin “İnteqrativ dərs” layihəsi çərçivəsində 2026-cı il mayın 5-də görkəmli ədəbiyyatşünas-tənqidçi, professor Akif Hüseynli “Ədəbi tənqid və müasir ədəbi proses” mövzusunda mühazirə demişdir. Dərsi giriş sözü ilə Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova açmış, qonağı təqdim etmiş, mövzunun aktullağını və inteqrativ dərs layihəsinin mahiyyətini şərh etmişdir. Professor Akif Hüseynli ədəbiyyat və ədəbi tənqid arasındakı əlaqə, sənət estetikası, süni intellekt və yüksək texnologiya çağında ədəbiyyatın vəziyyəti haqda geniş çıxış etmişdir. Dərsin sonunda Azərbaycan dili və ədəbiyyatı (filologiya) və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarının tələbələri professora ədəbiyyat və ədəbi tənqidlə bağlı suallar ünvanlamış və mövzu interaktiv şəkildə müzakirə edilmişdir. Sonda professor Akif Hüseynliyə Xəzər Universitetinin təsisçisi, Dirrektorlar və Qəyyumlar Şurasının sədri, Prof.Akad. Hamlet İsaxanlının “Xəzərin sorağında” kitabı və təşəkkürnamə təqdim edilmişdir.




Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR