2025-ci ilin 18 aprel - 4 may tarixlərində “Trabzon Beynəlxalq Teatr festival”ı keçirilir. Bu barədə məlumatı Gəncə Dövlət Milli Dram Teatrının Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev verib.
Onun sözlərinə görə, festivalda yerli teatrlarla bərabər Gürcüstan, Özbəkistan və Azərbaycan da iştirak edir. “Bu festivalda Azərbaycanı Gəncə Dövlət Milli Dram Teatrı Ə. Nesinin “Toros canavarı” tamaşası ilə təmsil edir. 19 aprel tarixindən Teatr 19 nəfərlik heyətlə Trabzon şəhərindədir. “Toros canavarı” pyesinin tamaşası 25 aprel yerli vaxtla saat 20:00-da “Hamamızade İhsan bey kültür merkezi”nin səhnəsində nümayiş olunacaq”.
Anar Ərtoğrul Burcəliyev həmçinin bildirib ki, yaradıcı kollektiv 26 aprel 2025-ci il tarixində qastrol səfərindən vətənə dönəçək.
ESMİRA HİDAYƏTOVA
Oxunub: 103