dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüş Baloğlan Əşrəfovun həyatı...


Baloğlan Xanoğlan oğlu Əşrəfov 08 oktyabr 1951 - ci ildə Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. 1968 - ci ildə həmin kənddə orta məktəbi bitirməklə yanaşı, rayonun 7 illik musiqi məktəbinin nəzdində fəaliyyət göstərən 5 illik tar kursunu bitirmişdir.
1978 - ci ildə ADU - nun filologiya fakültəsini qurtarıb, 5 il kənddə müəllim işləmişdir. 1971 - ci ildə Azərbaycan radiosunun keçirdiyi "Turac təranələri" radio olimpiadasının qalibi olub.
1974 - cü ildə keçirilən "Zəhmətkeşlərin və gənclərin ümumittifaq festivalı"nda qalib olaraq diplomu ona şəxsən Şövkət Ələkbərova təqdim edib.
İslam Rzayevin ansamblında çalışarkən bütün Azərbaycanın rayon və kəndlərini qarış-qarış gəzib əməkçilər qarşısında çıxışlar etmişdir.
1989 - cu ildə yaratdığı "Şəhriyar" (AzKonsertin nəzdində) ansamblı ilə Bakının bütün böyük konsert salonlarında konsertlər verib.
Dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB-nin bütün böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. İraqda Babilistan festivalında Azərbaycanı tərənnüm edibdir.
"Səsi quran sədasıdır" kitabında bütün böyük sənətkarlar öz müsbət rəylərini vermişlər. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilmişdir.
1982 - ci ildə "İstedadlar axtarırıq" konsert müsabiqəsinin laureatı, 2007 - ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Qeyd edək ki, B.Əşrəfov bir müddət əvvəl koronavirusa yoluxmuşdur. Yaşı çox olduğundan xəstəliyi ağır keçirirdi.
Onu da əlavə edək ki, Baloğlan Əşrəfov 2007 - ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət orada müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.
Baloğlan Əşrəfov 26 aprel 2021 - ci ildə 69 yaşında Koronavirusdan Bakıda vəfat etmişdir.

Almaz İlahə Əhmədova
Təsisçi

Oxunub: 6 269
Oxşar xəbərlər
SON XƏBƏRLƏR