dini radikalizm və ekstremizmlə mübarizə

Sivasda şeir festifalında iştirak edən şairlər çoxlarına nümunə oldurlar


Türkiyənin Sivas şəhərində erməninin şeirini deyən türk qızı Azərbaycanlı şairlərinin xüsusən qrupumuzun rəhbəri Hacıxanım Aygün Hüseynin, eləcə də şairlərimizdən Tahirə İsmayılovanın, Xankişi Xankişiyevin, Pustəxanım Hüseynovanın ( Rəvanın ) , Elmira Aslanxanlının ( Turanın,) Rauf İlyasoğlunun (Allahverdiyevin ) üsyankar etirazından və təkidli tələbindən sonra türk qızı üzr istədi ,Biz isə çıxışımızda bildirdik ki, ermənilər bizim torpaqlarımızı işğal edib. Körpələri ,cocuqları qırıb, vəhşiliklər edib.Qarabağ müharibəsində Azərbaycan 20 mindən çox şəhid verib, Bu şeiri burda soyləmək Şəhidlərimizə qarşı hörmətsizlikdir . Doğuldüğum Ağdam rayonu tək 6 mindən çox şəhid veribdir . Qarabağımız və ətraf 7 rayonlarıımız bu gün də yağı tapdağındadır.
Bu türk qızı ABŞ da yaşayan erməni rəfiqəsinin şeirini söyləməklə qanqaraçılıq saldı, sonra üzr diləməyə məcbur oldu .
Qəhrəman Məraşdan gəlmiş şair dostumuz Tahir Görenli Xocali şeirini ürək ağrısıyla söylədi. Bu sətirlərin müəllifi də ətrafli danışdi və vətənpərvər mövzulu şeir deyəndən sonra Yallı oynadiq ,Turklər Kərkuklulər , İraq türkmən elindən gəlmiş arkadaşlarımız da bizi alqışladılar . Sivas yazarlar və şairlər dərməyinin başqanı Sivasın
Xalq şairi Bekir Alim da həmin türk qızıni bərk danladı və cox təlaşlandi .Onu da qeyd edim ki , həmin türk qızi bəlkə də bilməməzliyindən, ya da qəstdən bu şeiri dedi ,sonra peşiman oldu .
Azərbaycan şairlərinin, sayəsində Sivasda yaşayan insanlar Qarabağ həqiqətlərini anladılar. Həkəri ,İlham çeşməsi və Atribut qəzetlərini yaymaqla Azərbaycanın haqq səsini Turk dünyasina az da olsa yaya bildik. Amma bu türk qızı bilmədi ki ermənilər necə fitnəkardırlar .Bəlkə də ABŞ da yaşayan rəfiqəsinin sözünü yerə salmaq istəməmişdi. Buna baayarak Sivas ziyalıları da çox peşiman oldular.ki, bu qız erməni şeirini soylədi. Biz bir çeşmədən o vaxt birlikdə su icə bilərik ki, erməni quldurlari və onların havadarları olan Rus və Amerika ,kənara çəkilsinlər. Burunlarıni bizim torpağa soasınlar. Onda biz İrəvan xanlığına da sahib olarıqb
Sivas Yazarlar və şeirler antologiyasının qurucusu, baş bakan
cənab Bəkir Alim bizə çox qayğı gostərdi və bizi səhəri gün mehribanlıqla yola saldılar , Həmin türk qızi da bizi yola salanlar arasındaydı .
Sivasda kecən günlərimiz çox yadda qalan oldu və böyük əhəmiyyət kəsb etdi .


Rauf İlyasoğlu
29 iyul 2019 cu il.
Türkiyə, Sivas şəhəri


Oxunub: 820
Oxşar xəbərlər
SON XƏBƏRLƏR