İlkin məlumata görə, Şəki Xan sarayında Xan çinarın budağının qırılması nəticəsində 19 nəfər xəsarət alıb.
Bunu APA-ya açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib.
K. Quluzadə deyib ki, həmin şəxslərin əksəriyyəti ambulator yardım alandan sonra evə buraxılacaq: "4 nəfər orta və ağır xəsarət alıb. Xəsarət alanlar arasında həm xarici, həm də yerli vətəndaşlar var. Hüquq-mühafizə orqanları ilə birgə araşdırmadan sonra daha geniş məlumat veriləcək. Hazırda Dövlət Turizm Agentliyinin rəhbərliyi Şəkiyə gedir".
Oxunub: 637