Mən bu gecəni yata bilmədim...Nə doğan günəşi,nə ay işığını,nə ana,nə milyonlarla insanın ona sevgisini üz ifadəsindən görə bilməyən Muğam Müdaqiqəsində yarışa qatılmış Suma Tapdıqova vicdansız Sərdar və Mələkxanım üzünden öz qaranlıq dünyasına düşən ümid işığını da itirdi...Hacı Azada Taleh qızına və mənə "Əgər mən Muğam Müsabiqəsində yer alaramsa elə bilərəm ki gözlərim açılıb"demişdi Suma Tapdıqova....Hər həftə ona verilən qəzəlləri necə əzbərləməsini bir Allah bilirdi bir Suma....Bütün iştirakçıların önünə vərəqdə qoyulur və ordan da baxaraq oxuyurdu bu iştirakçılar.Tək axıra qədər səhvsiz onu bu iki gözlərini itirmiş gənc əzbərləyirdi.Məni ən çox incidən bilirsinizmi nədir?..
Dövlətimiz belə gənclərin ictimaiyyıtə adaptasıya olunmasına əlini uzatdığı halda nədən içini qurd gəmirən bu xəbis münsiflər,hətta eyni yurdun havasını udub çörəyini yeyən Mələkxanım da qənim kəsildi bu gözlərini itirmiş qızımıza.Bu Ramazan gecəsində başını balınca rahat qoyub yata bildimi Sərdar "müəllim"?..Baxın mən müəllim sözünü dırnaqda yazdım.Müəllim sözü müqəddəs bir kəlimədi və bunu layiq olana deyirlər.Qaranlıq dünyasında həyatını musiqi və ibadətə həsr edən bu Suma balamız öz yaşam qaynağını,gələcəyini bu müsabiqədə görmüşdü...Öz qəlb baxışlarıyla ona acıyanları da hiss edir Suma.Xoşu gəlmir kiminsə ona acımasını.Müsahibələrinin birində "Nə yaxşı ki,Allahım mənim gözlərimi alıb və əvəzində mənə bu istedadı,bu səsi verib" deyən Sumanın balını kəsən Mələkxanım və Sərdar kimiləri səsini də kəsə bilməz...Mənə bir şey çox maraqlı gəlir,istərdim ki, Muğamsevərlər və Azərbaycan xalqının vicdanlı insanları Youtub kanallarlndan Sumanın təkrar çıxışlarına diqqət etsinlər,həm də çox diqqətlə fikir versinlər.Nəyə görə Suma oxuyan zaman Mələkxanım ah-ufla yerində otura bilməyib hey qurcalanır?...Bunun səbəbi bir paxıllıq deyilmi sizcə...Mələkxanım indiyə kimi oxuduğu lent yazılarını qarşısına qoyub Sumanın oxuduğu muğamlarla müqayisə etsin...Onda öz qüsurlarını görə biləcəkmi...Mən üzümü burdan Dövlət başçımıza, və bu layihənin memarlarından olan Mehriban xanıma tutaraq müracət edirəm ki, bu layihədə gözləri görən və dəfələrlə ciddi nöqsanları olan iştirakçılara göz yumub güzəşt edən münsiflərin bu haqsızlığının cavabını versinlər.Xanəndəlikdə külüng vurub zirvədə olan karifey sənətkarımız Əlibaba müəllim dəfələrlə Sumaya "Bu qız qəhrəmandı" deyərək ən yüksək bal verirdi.Arif müəllim də həmçinin .Onların münsifdə oturmadığı gün Sumanı uzaqlaşdırdı yuxarıda adını çəkdiyim iki ürəksiz,dinsiz,imansızlar...Amma, bunu bilsinlər ki, dünya işığına həsrət qalan Suma Tapdıqova bu sənətdə öz layiqli ucalığında, türk dünyasında, muğam sənətində doğan bir günəş olacaq...Bax o zaman simasında bu gün Sumanın zəngulələrindən yanıb yaxılan,paxıllıq hisslərindən otura bilməyib quyurvuxan Mələkxanım külə dönəcəyindən əminəm."Əl tutmaq əlidən qalıb" deyərlər.Siz isə əlindən tutulub səhnəyə gətirilən bir qızcığazın əlindən deyil ayağına badalaq verdiniz ki, yıxılsın.Bunu bilin ki,onu yıxa bilməyəcəksiniz.Suma öz mübarizliyi ilə Xanəndə sənətidə öz səsiylə (pis addımlarıyla deyil)yüksək bir kürsüdə oturacaq...Uğurlar Suma,sen o görənlərdən də könül baxışlarınla daha irəliyi görürüsən,yolun açıq olsun,qaranlıq dünyası nurlu olan qızım!!!
Aybəniz Qafarlı