dini radikalizm və ekstremizmlə mübarizə

Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının təqdimatı oldu

Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının təqdimatı oldu

Djb.az xəbər verir ki, Gtt da Yeni tamaşanın premyerası baş tutdu. Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının təqdimatı oldu. Tamaşaya teatrın rejissoru, əməkdar artist Nicat Kazımov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar. Tamaşa böyük alqışlara səbəb oldu. Bütün yaradıcı heyət bir daha sübut etdi ki, Teatr cəmiyyətdə baş verən hadisələrə biganə qalmır. Əsərin uğurlu səhnə həlli minlərlə insanı düşünməyə vadar etdi ki, bu da müasir teatrın ən əsas missiyasıdır. Tamaşa aktrisa-aparıcı Ceyran Nərimanın əziz xatirəsinə həsr olunur.

Təranə Feyzullayeva

Oxunub: 837
Oxşar xəbərlər
SON XƏBƏRLƏR