"Yeni Ulduz" iştirakçısı Vasif Nəsirovun dünən Bakının restoranlarından birində "Sevdam" adlı diskinin təqdimat mərasimi keçirildi. Müğənninin prodüsseri Sevda İsmayılqızı Djb.az saytına bunları bildirdi:
"Əslində bu gün iki əlamətdar gün oldu. Həm Vasifin doğum günü həmdə diskinin təqdimatı oldu. Və bu gecəyə gələn hər kəsə təşəkkürümü bildirirəm."
Qeyd edək ki, gecədə paraolimpiya çempionu Asif Qasımov, müğənnilər Vüqar Təmkin, Milli fm radiosunun direktoru Şərqiyyə Seyidova, müavin Tural Ümid Akifoğlu və media nümayəndələri iştirak edirdilər.
Gecənin informasiya dəstəyi Djb.az informasiya saytı idi.
Aydın Ulusoy
Oxunub: 1 237