dini radikalizm və ekstremizmlə mübarizə

May ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən may ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Beləliklə, karantin dövründə sosial ödənişlərin vaxtından daha əvvəl həyata keçirilməsi işləri may ayında da davam etdirilib. Bu ay pensiyalarla yanaşı, müavinət, təqaüd və kompensasiyaların da vaxtından daha əvvəl ödənişi təmin olunub.

Xatırladaq ki, bundan əvvəl, mayın 6-15-dək bu ay üzrə bütün pensiyalar vətəndaşların bank hesablarına köçürülüb.

Oxunub: 555
Oxşar xəbərlər
SON XƏBƏRLƏR