dini radikalizm və ekstremizmlə mübarizə

Sumqayıtda daha bir tibb ocağı əsaslı təmir edildi

Sumqayıtda daha bir tibb ocağı əsaslı təmir edildi
Sumqayıt şəhərində səhiyyə xidmətinin bütün sahələr üzrə yaxşılaşdırılması, eləcə də uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması sahəsində müvafiq tədbirlər həyata keçirilir.

Djb.az-in Unikal.org-a istinadən məlumatına gorə, bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2 nömrəli uşaq poliklinikasında olub, burada yaradılan şərait və görülən işlərlə tanış olub.


Vurğulanıb ki, 1976-cı ildən fəaliyyət göstərən tibb müəssisində hazırda 135 tibb işçisi çalışır. Poliklinika 19 min nəfər əhaliyə xidmət göstərir.


Məlumat verilib ki, tibb müəssisəsinin bütün otaqları yüksək səviyyədə təmir olunub, müasir avadanlıq və zəruri inventarla təchiz edilib.


Daha sonra xəstəxananın kollektivi ilə görüşən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirdi ki, ölkəmizdə uğurlu səhiyyə islahatlarının tərkib hissəsi olan yeni xəstəxana və tibb müəssisələrinin inşası və əsaslı təmir olunması Azərbaycan dövlətinin vətəndaşlarımızın sağlamlığına verdiyi önəmin təzahürüdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu sahədə həyata keçirilən tədbirlər Azərbaycanda tibbi xidmətin daha da təkmilləşdirilməsinə geniş imkanlar açır.


Qeyd olundu ki, son illərdə şəhərin əksər tibb müəssisələri əsaslı təmir olunub.


1 nömrəli doğum evi, 1,2 nömrəli qadın məsləhətxanaları, 1,4 nömrəli şəhər poliklinikaları, Uşaq Xəstəxanasının infeksion şöbəsi, Vərəm Xəstəxanası, 2 nömrəli uşaq poliklinikası, 3 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir olunub, 1 nömrəli uşaq poliklinikası, 2 nömrəli şəhər poliklinikası, Onkoloji Xəstəxana, 4 nömrəli şəhər xəstəxanasında cari təmir işləri aparılıb.


1,2 nömrəli doğum evlərinin reanimasion şöbələri müasir tibbi avadanlıqlarla təchiz olunub. 1 nömrəli doğum evi 2018-ci ildən III səviyyəli Perinatal Mərkəz kimi fəaliyyət göstərir.


Son illər tibb müəssisələrinin əsaslı təmiri ilə bərabər maddi texniki təzhizatı da yaxşılaşdırılmış, ehtiyac olan tibbi aparatura və avadanlıqlar alınmışdır ki, bu da əhaliyə göstərilən tbbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbrilərin tərkib hissəsi olub.


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıt şəhərində əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılması üçün bundan sonra da işlər davam etdiriləcək. Şəhər ərazisində təmirsiz olan bütün tibb ocaqları ən müasir səviyyədə yenidən qurularaq sakinlərin istifadəsinə veriləcək.

Oxunub: 743
Oxşar xəbərlər
SON XƏBƏRLƏR