Aslan Saadov “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb.
Fevralın 5-də gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb. Tədbirin əvvəlində bir sıra idman mütəxəssislərinə təltiflər təqdim edilib. Təltif olunanlar arasında Azərbaycanda #avarçəkmə idman növünün inkişafında böyük xidmətləri olan Aslan Saadov da yer alıb – o, “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” adına layiq görülüb. TƏBRİKLƏR və UĞURLAR!
Esmira Hidayətova,Mingəçevir.
Oxunub: 165