dini radikalizm və ekstremizmlə mübarizə

“Mançester Yunayted”in 92 il sonra üzləşdiyi aqibət: Salah “Liverpul”un tarixinə düşdü

“Mançester Yunayted”in 92 il sonra üzləşdiyi aqibət: Salah “Liverpul”un tarixinə düşdü


İngiltərə Premyer Liqasının XXV turunda “Mançester Yunayted” səfərdə “Liverpul”a 7:0 hesabı ilə məğlub olub.

“Fox Sports”un xəbərinə görə, “Enfild” stadionunda baş tutan qarşılaşmanın hesabı “qırmızı şeytanlar”ın tarixi antirekordunun təkrarıdır. Daha əvvəl üç dəfə 0:7 uduzan “mankunianlar” sonuncu dəfə 92 il əvvəl belə aqibətlə üzləşiblər. “Mançester Yunayted” 1931-ci ildə “Vulverhempton”a 0:7 hesabı ilə məğlub olub.

Sözügedən qarşılaşma “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün də əlamətdar olub. Dubl edən misirli vinger Mersisayd təmsilçisinin çempionatda ən çox qol vuran oyunçusu adına sahib çıxıb. Premyer Liqada 129 dəfə fərqlənən Salah 128 qol vurmuş Robbi Fauleri geridə qoyub.

Oxunub: 171
Oxşar xəbərlər
SON XƏBƏRLƏR