dini radikalizm və ekstremizmlə mübarizə

Ramin Allahverdiyev: "Əjdər Cəfərovu hələ heç kim güləş geyimində görməyib"

Ramin Allahverdiyev: "Əjdər Cəfərovu hələ heç kim güləş geyimində görməyib"
Son bir neçə ildə Azərbaycan güləşi ətrafında bəzi qalmaqallı hadisələr yaşanır. Hər şey bəlkə təsadüfən, bəlkə də planlı şəkildə keçmiş baş katib Əjdər Cəfərovun vəzifəsindən getməsi ilə başladı. Baş katibin vəzifədən gözlənilmədən getməsi güləş aləmində bir mənalı qarşılanmadı. Çünki, Əjdər Cəfərov güləş rəhbərliyinin də etibarını qazanmış bir isim idi. Federasiyanın idarəçiliyi də demək olar ki, keçmiş baş katibə həvalə olunmuşdu.

Cəfərov isə bu etimaddan öz xeyrinə istifadə edərək AGF-də əsl diktatura rejimi yaratmışdı. Federasiyaya güləşlə bağlı xahişə,köməyə görə müraciət edən yüzlərlə insan da çox vaxt Cəfərovun diktator idarəçiliyinin qurbanı olurdular.

Daim öz şəxsi maraqlarını düşünən Əjdər Cəfərov federasiyada xoşu gəlməyən adamları bu və ya digər yolla, rəhbərliyin adından yalan vədlər verərək aylarla süründürürdü.

Belə şəxslərdən biri də əməkdar məşqçi Ramin Allahverdiyev olub. Allahverdiyev saytımıza açıqlamasında qeyd edib ki, dəfələrlə beynəlxalq yarışlarda iştirak edən hansısa tələbəsinin yanında olmaq, mənəvi dəstək vermək üçün öz hesabına millinin xarici səfərlərinə gedib. Ölkədə güləşin təbliği və inkişafı naminə gənclər və azyaşlılar arasında müxtəlif turnirlər keçirdib. Bütün bunlara görə isə Əjdar Cəfərov tərəfindən ona təzyiqlər olub. İşlədiyi idman klublarına Cəfərovun imzası ilə cərimə məktubları göndərilib:

Ramin Allahverdiyev: "Əjdər Cəfərovu hələ heç kim güləş geyimində görməyib"
Ramin Allahverdiyev: "Əjdər Cəfərovu hələ heç kim güləş geyimində görməyib"

"Əjdər Cəfərov məni klub rəhbərliyinin gözündən salmağa çalışırdı. Mən də onunla açıq mübarizə aparıb haqqımı tələb edirdim. Amma Əjdər Cəfərovun diktator idarəçiliyinin qurbanı olmuş bir çox insanlar onun qorxusundan dinib danışa bilmirdilər. İndi isə hara baxırsan onun dalınca danışırlar. Mən isə ona sözümü vəzifədə olanda demişəm. Elə ona görə də məni görməyə gözü yox idi. Təsəvvür edin ki, onun vəzifədən getməyi ilə mən də sanki azadlığa çıxdım. Əjdər Cəfərovun federasiyadan ayrılmasından sonra xaricdə keçirilmiş bir neçə nüfuzlu beynəlxalq yarışlara rahat şəkildə komanda aparıb vətənə medallarla, kuboklarla qayıtmışıq. Paytaxtda və bölgələrdə güləşin kütləviliyini artırmaq üçün onlarla Respublika və beynəlxalq səviyyəli yarışlar keçirmişəm. Qeyd edim ki, məşqçilikdən əlavə olaraq Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan İdman və Olimpiya Hərəkatına dəstək olmaq üçün 10 ildir ki, "Olimpsport" jurnalını təsis etmişəm və həmin jurnala rəhbərlik edirəm. Jurnalist kimi də son Avropa çempionatında güləşçilərimizin yanında olub millimizin uğurlarını işıqlandırdım. İndi isə gələn ay Budapeştdə keçiriləcək dünya çempionatına getməyi planlaşdırıram.

Əjdər Cəfərovun vaxtında bu fəaliyyəti göstərmək çox çətin idi. Halbu ki, hamımızın niyyəti Azərbaycan güləşinə xidmət etməkdir. Bu gün isə sağ olsun federasiyanın hazırki rəhbərliyi güləşin inkişafı üçün hansı müraciyyəti edirəmsə məmnuniyyətlə razılıq verirlər.

Bizdə bir misal var: "Yıxılana balta vurmazlar". Əjdər Cəfərov isə məncə yıxılmayıb. Bildiyim qədər təhsil sistemində uşaq idman məktəblərindən birinin direktorudur. Çox gözəl. Əgər ölkəmizin önəmli qurumlarından biri olan Təhsil nazirliyi Əjdər Cəfərova etimad göstəribsə, düz də edib. Biz demirik onun savadı yoxdur, idarəçiliyi yoxdur. Əksinə, o bu işləri bacarır. Söhbət ondan gedir ki, güləş bu adamlıq deyil. Hələ heç kim bu adamı güləş geyimində görməyib. Özü də bunu yaxşı başa düşür. Son günlər bəzi KİV-lər Cəfərovun baş katib olduğu vaxtlarda qazanılan uğurlardan ağızdolusu yazırlar. Məqsəd isə aydındı. Əjdər Cəfərov yenidən əvvəlki vəzifəsinə qayıtmaq istəyir. Düzdür,həmin vaxtlar uğurlar oldu. Amma bu o demək deyil ki, qazanılan uğurlar Əjdər Cəfərovun əməyidir. Qazanılmış və qazanılacaq hər bir uğur bir başa milli məşqçilərinin, idmançıların, klubların əziyyəti, zəhməti hesabına əldə olunur.

Elə bu il güləş millimizin Dünya kubokunda və Avropa Çempionatında göstərdiyi uğurlu nəticələr də buna sübutdur. Həm də Əjdər Cəfərovun baş katibliyi vaxtında olandan qat-qat aşağı maddi imkanlarla."

Allahverdiyevin fikrincə hazırda baş katib vəzifəsində çalışan Orxan Məmmədov da işini layiqincə bacarır:

"Ola bilər Əjdər Cəfərov düşünür ki, yenidən federasiyaya qayıtsa öz şəxsi imkanlarından, şəbəkələrindən istifadə edib güləşə dəstək olacaq. Bəzi maddi problemləri çözməklə müəyyən narazı təbəqəni razı salacaq. Cəfərovun belə bir fikiri varsa, güləşə canı yanırsa, elə kənardan da güləş naminə öz dəstəyini göstərə bilər."
Fərəc Aslanov olimpsport.az
Ramin Allahverdiyev: "Əjdər Cəfərovu hələ heç kim güləş geyimində görməyib"

Oxunub: 1 404
Oxşar xəbərlər
SON XƏBƏRLƏR