dini radikalizm və ekstremizmlə mübarizə

Tarixdə ilk - ÇL oyunlarında qadın hakim+Foto

Tarixdə ilk - ÇL oyunlarında qadın hakim+Foto
Avropa futbolunun ən nüfuzlu klub turniri olan Çempionlar Liqasında qadın hakim də təyinat ala bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə Bundesliqanın cari mövsümündə baş hakim kimi debüt edən qadın referi Bibiana Ştaynhausun Çempionlar Liqasında da təyinat ala biləcəyi qeyd edilib.

Belə ki, Avropanın ali futbol qurumu xanım hakimin qitənin ən nüfuzlu klub turnirinin oyunlarına təyinatında problem görmədiyi vurğulanıb. Ştaynhausun Bundesliqada 2 illik təcrübənin ardından ÇL-də təyinat almağa başlayacağı gözlənilir.

Xatırladaq ki, xanım referi Bundesliqada baş hakim kimi cari mövsümdə, “Herta” - “Verder” görüşündə debüt etmişdi.

Tarixdə ilk - ÇL oyunlarında qadın hakim+Foto
Tarixdə ilk - ÇL oyunlarında qadın hakim+Foto

Oxunub: 894
Oxşar xəbərlər
SON XƏBƏRLƏR