dini radikalizm və ekstremizmlə mübarizə

Güneyli məhbus həbsxanada damarlarını kəsdi

Güneyli məhbus həbsxanada damarlarını kəsdi

Tehran Həbsxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Siyamək Muqimi intihar edib. GAMOH-dan Cebhe.info-ya daxil olan məlumata görə, o, 2019-cu ilin noyabr etirazları zamanı həbs edilmişdi.

Məlumata görə, fevralın 24-ü axşam saatlarında, bilək damarlarını kəsmək və qarın nahiyəsindən özünə xəsarət yetirməklə intihara cəhd edən məhbus ağır vəziyyətdə xəstəxanaya köçürülüb.
Hüquq müdafiəçilərinin həbsxanadan əldə etdiyi məlumata görə, hadisə həbsxana rəisinin məhbuslara müraciətindən sonra baş verib.

Siyamək Muqimi 2019-cu il yanacağın bahalaşmasına qarşı başlanan etirazlarda iştirak etdiyinə görə saxlanılmışdı. O, Tehran İnqilab Məhkəməsi tərəfindən 10 il həbs cəzasına məhkum edilib. İslam Cinayət Qanununun 134-cü maddəsinə görə verilən cəza qərarının 5 ili mütləq şəkildə tətbiq edilməlidir.

Muqiminin anası oğlunun həbs olunmamışdan öncə xəstəxanada müalicə aldığını və hal-hazırda ağır xəstəlikdən əziyyət çəkdiyini bildirib. //cebhe.info//

Oxunub: 919
Oxşar xəbərlər
SON XƏBƏRLƏR