dini radikalizm və ekstremizmlə mübarizə

Gəncədə yük maşınının vurduğu piyada dünyasını dəyişib

Gəncədə yük maşınının vurduğu piyada dünyasını dəyişib

Gəncədə yük maşını ilə vurulan piyada xəstəxanada dünyasını dəyişib.

APA-nın məlumatına görə, ölən şəxs 1943-cü il təvəllüdlü İbrahimov Ənvər Qulu oğludur.

Qeyd edək ki, hadisə ötən gün şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınmışdı.

Ə.İbrahimov yolu keçmək istəyərkən “Mercedes” markalı yük maşını tərəfindən vurulmuşdu. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilərək, sağ ayağı amputasiya edilmişdi.

Oxunub: 424
Oxşar xəbərlər
SON XƏBƏRLƏR