dini radikalizm və ekstremizmlə mübarizə

DİN: Ötən gün ərzində 84 cinayət hadisəsi baş verib

DİN: Ötən gün ərzində 84 cinayət hadisəsi baş verib
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 84 cinayət faktı qeydə alınıb, onların da 16-sı “isti izlər”lə açılıb.

“Report” DİN-ə istinadən xəbər verir ki, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Oxunub: 704
Oxşar xəbərlər
SON XƏBƏRLƏR