Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qarxun kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü Niyar İsfəndiyar qızı Əhmədova yolu keçən zaman avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.