Yanvarın 8-də Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, özünü dənizə atan gənc şairdir.
Yanvarın 8-də. saat 16:45 radələrində bulvarda özünü dənizə atan şəxs gənc şair, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü Cahangirov Məlik Nizaməddin oğlu imiş.
M. Cahangirov intihardan öncə bu barədə öz “Facebook” səhifəsində məlumat paylaşıb.