dini radikalizm və ekstremizmlə mübarizə

Kürdə batan gəncin meyiti tapılıb

Kürdə batan gəncin meyiti tapılıb
Kürdə batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu il yanvarın 4-də 1996-cı il təvəllüdlü Abbasov Araz Rafiq oğlu Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb.

FHN-dən APA-ya bildirilib ki, yanvarın 5-də A. Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 200 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

Oxunub: 729
Oxşar xəbərlər
SON XƏBƏRLƏR