dini radikalizm və ekstremizmlə mübarizə

2-ci Ailə və Toy Sərgisi çərçivəsində “İki dövlət, bir mədəniyyət: Türk ənənələrindən gələcəyə – ailə, toy və qadının gücü” mövzusunda panel keçirilib


Djb.az xəbər verir ki, 2-ci Ailə və Toy Sərgisi çərçivəsində “İki dövlət, bir mədəniyyət: Türk ənənələrindən gələcəyə – ailə, toy və qadının gücü” mövzusunda panel keçirilib
Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Ailə və Toy Sərgisi çərçivəsində Azərbaycan və Türkiyənin ortaq mədəni dəyərlərinə, ailə və toy ənənələrinə həsr olunmuş panel müzakirəsi təşkil olunub.
Panelin moderatoru tədbir təşkilatçısı Ceylan İsa, əsas spikeri isə Etkinlik-SEN-in rəhbəri Ali Koray Özandaç olub.
Müzakirələrdə Etkinlik-SEN-in Başqan müavini Mustafa Bozkurt, İstanbul İl Başkanı Fikriye Şahin, Arsevi İletişim-in qurucusu və Etkinlik-SEN Mərmərə Bölgə Başqanı Arsevi Yeter və Etkinlik-SEN Azərbaycan üzrə direktoru Ali Kadir İzberk spiker qismində nəzərdə tutulmuşdu.
Paneldə Türk dünyasının ortaq mədəni irsinin qorunması, ailə institutunun möhkəmləndirilməsi, toy adət-ənənələrinin gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə və iqtisadi həyatda rolu, eləcə də Azərbaycan-Türkiyə arasında tədbir və xidmət sektorunda əməkdaşlıq imkanları müzakirə olunub.
Görüş Türk dünyasının ortaq dəyərlərinin təbliği, mədəni əlaqələrin gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı baxımından əhəmiyyət daşıyıb.






Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR