dini radikalizm və ekstremizmlə mübarizə

Jurnalist İlhamə Məhəmmədqızı üçüncü mərtəbədən yıxıldı: Vəziyyəti ağırdır, qana ehtiyac var

Jurnalist İlhamə Məhəmmədqızı üçüncü mərtəbədən yıxıldı: Vəziyyəti ağırdır, qana ehtiyac var

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Sumqayıt" qəzetinin əməkdaşı İlhamə Məhəmmədqızı dünən axşam saatlarında yaşadığı evin eyvanından yıxılıb.

Djb.az Manevr.az-a istinadən xəbər verir ki, 3-cü mərtəbədən yıxılan jurnalist Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ağır kəllə-beyin travması alan, bədəninin müxtəlif nahiyələrində sınıqlar olan jurnalistin durumu ağır qiymətləndirilir.
Qrupundan asılı olmayaraq qana ehtiyac var. Qan vermək imkanı olanlar xəstəxananın müvafiq şöbəsinə müraciət edə bilərlər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR