Türkiyənin təqaüddəki briqada generalı Osman Qazi Kandemir Qarabağın işğaldan azad edilməsindəki əsas gücün Azərbaycan xalqı olduğunu bildirib.
O qeyd edib ki, xalq 27 il ərzində Qarabağın acısını yaşadıb, şeirlər, mahnılar yoluyla yaddaşda saxlayıb və bunu mübarizəyə dönüşdürüb. General vurğulayır ki, əgər xalq unutsaydı, hökumət də unuda bilərdi; qəhrəmanlığı təəccübə gətirən əsgəri isə xalq tərbiyə edib. Məqalədə həmçinin Azərbaycan və Türkiyənin "bir millət, iki dövlət" olduğunu və bu birliyin qarşılıqlı güc verdiyini qeyd edilir.
Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan briqada generalı, hərbi strateq, analitik və yazıçı Osman Qazi Kandemir Qarabağın işğaldan azad edilməsi ilə bağlı müxtəlif şəxslərin sosial şəbəkələrdəki qıcıqlandırıcı iddialarına cavab verib.
Axar.az türk generalın sosial şəbəkədəki paylaşımını olduğu kimi təqdim edir:
Qarabağ zəfərinin arxasındakı əsl güc Azərbaycan xalqıdır!
O xalq təxminən 27 il boyunca Qarabağın acısını yaşadı. Unutmadı. Şeirlər yazdı, romanlar yazdı, mahnılar oxudu, bəstələdi.
Şəhidini unutmadı, itirdiyi torpağın qoxusunu hər zaman hiss etdilər.
Həmin anaların böyütdüyü oğullar əsgər oldular.
Onlar Qarabağ uğrunda vuruşmaq üçün and içdilər.
Yaşlı zabitlər istisna olmaqla, şəhidlərin əksəriyyəti Qarabağ işğal edildikdən sonra dünyaya gəlmişdilər. Onlar heç vaxt Qarabağı görməmişdilər.
Amma Qarabağ onların vətəni idi.
Və onlar vətənləri uğrunda şəhid oldular.
Əgər Azərbaycan xalqı Qarabağı unutsaydı, hökumət də onu unuda bilərdi.
Qələbəni qanı ilə qazanan Azərbaycan əsgəridir. Amma həmin əsgəri böyüdən, onu müharibəyə göndərən və 27 il ərzində Qarabağı yaddaşında yaşadan Azərbaycan xalqıdır.
Buna görə də Qarabağ qələbəsini yalnız döyüş meydanında axtarmaq natamam olardı.
Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir.
İki dövlətin birliyi iki dövlətin cəmindən daha böyük bir gücdür.
Azərbaycan Türkiyədən nə qədər güc alırsa, Türkiyə də Azərbaycandan o qədər güc alır.
Bəzən bu güc maddi, bəzən mənəvi olur.
Əlbəttə ki, qardaşlar bir-birini dəstəkləyirlər.
Bunu başa qaxanlar da xamdır, bunu görməzdən gələnlər də. /axar.az/
Oxunub: 0