dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı Rayon İcra Hakimiyyəti şəhid Ramil Rzayevin ailəsini anım günündə ziyarət edib


Suraxanı Rayon İcra Hakimiyyəti Cənab Adil Aliyev lokal antiterror əməliyyatı zamanı döyüşərək şəhadətə ucalan Rzayev Ramil Elçin oğlunun ailəsinə dərin üzünlə baş sağlığı vermişdir.
Qeyd edirik ki, antiterror əməliyyatı zamanı döyüşərək şəhadətə ucalan Rzayev Ramil Elçin oğlunun anım günüdür.
Elçin oğlu 2004- cü il mart ayının 26 -da Suraxanı rayonu Əmircan qəsəbəsində anadan olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Rzayev Ramil Elçin oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Rzayev Ramil Elçin oğlu Əmircan Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Rzayev Ramil Elçin oğlu Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Allah məqamını uca eləsin. Amin

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR