Cari ilin 23–25 sentyabr tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və AMEA Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə ESGERR–2026 mötəbər beynəlxalq elmi konfransı öz işinə başlayacaq.
Tədbir qlobal ekoloji, enerji və regional inkişaf çağırışlarına qarşı beynəlxalq və fənlərarası elmi platformanın yaradılması məqsədi daşıyır. Konfrans çərçivəsində iqlim dəyişikliyi, təbii təhlükələr, aşağı karbonlu iqtisadiyyata keçid, bərpa olunan və yaşıl enerji sistemləri, eləcə də yer elmlərində süni intellekt tətbiqləri ətrafında geniş müzakirələr aparılacaq.
Eyni zamanda, ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması nəzərə alınaraq, dayanıqlı şəhər inkişafı və mədəni landşaftlar üzrə panel müzakirələrin keçirilməsi də nəzərdə tutulub.
Yer elmləri, ekologiya və yaşıl enerji sahələrini əhatə edən bu beynəlxalq tədbirin milli və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Oxunub: 35