Metsamor Atom Elektrik Stansiyasının istismar müddətinin uzadılması üzrə ikinci proqram yaxın gələcəkdə işə salınacaq.
Bu barədə Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyan “Armenpress”ə bildirib.
Nazir deyib ki, nəticədə Metsamor AES 2036-cı ilə qədər fəaliyyət göstərəcək.
David Xudatyanın sözlərinə görə, Metsamor AES-i 2046-cı ilə qədər Ermənistan enerji sistemində saxlamaq texniki cəhətdən mümkündür, lakin hökumət hər şeyi edəcək ki, ona ehtiyac olmasın.
Oxunub: 0