dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna və Fransa birgə silah istehsal edəcək

Ukrayna və Fransa birgə silah istehsal edəcək

Ukraynanın müdafiə naziri Mixail Fedorov və Fransanın Silahlı Qüvvələr naziri Katrin Votrén iki ölkə ərazisində silah istehsalı üzrə ortaq əməkdaşlıq barədə niyyət məktubunu imzalayıblar.

Bu barədə Mixail Fedorov “Telegram” kanalında paylaşım edib.

Nazir bildirib ki, bu addım Ukrayna və Fransa arasında müdafiə sənayesi sahəsində genişmiqyaslı ortaq layihələrin başlanmasına şərait yaradacaq. Xüsusilə, hər iki ölkənin hökumətləri və müdafiə şirkətləri radioelektron mübarizə sistemlərinin inkişafına fokuslanacaq.

Fedorov qeyd edib ki, Ukrayna həmçinin “SAMP/T”, “Mistral” və “Crotale” sistemlərinin sursatlarını da əldə etməyi planlaşdırır.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR