dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

ABŞ-də qarlı havanın qurbanlarının sayı 30-u keçdi

ABŞ-də bir neçə gündür qar və soyuq hava ilə müşayiət olunan fırtına 34 nəfərin ölümünə səbəb olub.

Ölüm faktları ölkənin 14 ştatında qeydə alınıb.

Ən çox ölüm hadisəsi Nyu-York ştatında baş verib ki, burada 9 nəfər soyuq havanın qurbanı olub.

Bir çox ştatlarda yağıntının miqdarı 30 sm-i keçib, bu da yollarda hərəkətin pozulmasına, uçuşların ləğv olunmasına və məktəblərin bağlanmasına səbəb olub.

ABŞ-nin Milli Meteorologiya Xidmətinin məlumatına görə, Pittsburqun (Pensilvaniya ştatı - red.) şimalında bəzi bölgələrdə yağıntının miqdarı 50 sm-i keçib.

Təxminən 550 min sakinin yaşadığı ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb. Enerji təchizatının hələ bir neçə gün sonra bərpa oluna biləcəyi deyilir.

Ölkədə əlverişsiz hava şəraitinin təxminən bir həftə davam edəcəyi gözlənilir. Meteoroloqlar həftəsonu ABŞ-nin şərq sahillərinin daha bir fırtınaya məruz qala biləcəyini istisna etmirlər.

Qeyd edək ki, ölü sayı ilə bağlı ən son rəqəm 26 idi.

Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR