Rusiya qüvvələri Odessada "Yujnı" limanına zərbə endirib, çənlər zədələnib.
Bu barədə "RBK-Ukrayna" Ukrayna Baş nazirinin müavini Aleksey Kulebanın "Telegram" kanalına istinadən xəbər verir.
"Atəş dayanmır. Səhər saat səkkizdən sonra "Yujnı" limanına növbəti hücumu qeydə aldıq - çənlər zədələnib. Ərazidə tibbi, xilasetmə, pirotexniki vasitələr üzrə xidmətlər işləyir, bütün zəruri qəza briqadaları cəlb olunub", - Kuleba bildirib.
O qeyd edib ki, daimi risklərə baxmayaraq, liman işçiləri işləməyə davam edərək dəniz logistikasının davamlılığını təmin edirlər.
Oxunub: 0