dini radikalizm və ekstremizmlə mübarizə

Mədəniyyət Nazirliyi Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi

Mədəniyyət Nazirliyi Cabir İmanovun ölümü ilə bağlı başsağlığı verdi

Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov sentyabrın 29-da, 49 yaşında vəfat edib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. 

“Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN “Əsrin çempionu” adına layiq görülüb. 2001-ci ildən “Planet Parni iz Baku” KVN Teatrının aktyoru idi.

Bir sıra filmlərdə maraqlı obrazlar canlandıran Cabir İmanovun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2015-ci ildə “Əməkdar artist” fəxri adı, 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi Əməkdar artist Cabir İmanovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin”,-məlumatda bildirilib.

Oxunub: 42
Oxşar xəbərlər
SON XƏBƏRLƏR