dini radikalizm və ekstremizmlə mübarizə

Şairə Leyla Mətinin yeni kitabı işıq üzü gördü


Djb.az xəbər verir Azərbaycan yazıçılar birliyinin Natəvan klubunda Leyla Mətinin "Sevgi mövsümü" adlı şeirlər kitabının təqdimatı keçirilib.

3 iyun Azərbaycan Yazıçılar birliyində şairə Leyla Mətinin Türkiyədə nəşr olunmuş Sevgi mövsümü adlı şeirlər kitabının təqdimatı keçirilib.Öncə torpaqlarımız uğrunda canından keçən şəhidlərimizin ruhu anılıb .Tədbirin aparıcısı tanınmış yazıçı publisist Nəcibə İlkin yazarın yaradıcılıq fəaliyyətindən ətraflı söz açıb. Türkiyə Azərbaycan arasında olan qardaşlıq bağlarından geniş məlumatlandırıcı çıxııyla tədbirə Türkiyədən qonaq gəlmiş Dünya Sənətçilər Dərnəyi rəhbəri Ramazan Seydaoğluna söz vermişdir. Azərbaycana ilk dəfə gələn Ramazan bəy burada olmasından məmnunluq bildirərək şeirə ədəbiyyatadəyər verən bir sənət ölkəsi kimi kəşf etdiyini qeyd edib . Daha sonra isə Dünya Ana və Uşaqlar İctimai birliyi rəhbəri Dünyaxanım Əliyeva, Carçı jurnalının təsisçisi Gülnarə Əmirquluyeva , Dəmir Yumruq Alfa Cəmiyyətinin rəhbəri şairə -Ülviyə Əsədova , Türkoloq alim Aytən Qurbanova, Qafqaz - İberoamerika Düşüncə Mərkəzinin rəhbəri Mahir Qurbanov və bir çox ,ziyalılar,yazarlar, mediya nümayəndələri çıxış ediblər.İştirakçılar şairin şeirlərini oxuyaraq tədbirə rəng qatmaqla yanaşı şeirləri müzakirə ediblər.Sonda kitab imzalanıb və xatirə şəkilləri çəkilib.

Qeyd edək ki , Sevgi mövsümü Türkiyədə Liz yayınları tərəfindən nəşr olunmuşdur və şairin sayca 3-cü kitabıdır. Fürsətdən. istifadə edib Djb.az kollektivi adından şairə Leyla Mətini təbrik edir, ona yaradıcılıq uğurları arzulayıram.

Almaz İLAHƏ

Oxunub: 32
Oxşar xəbərlər
SON XƏBƏRLƏR