dini radikalizm və ekstremizmlə mübarizə

MDU-nun rektoru vəzifəsini icra edən Üzeyir Zeynalov: Milli Qəhrəman Natiq Qasımovla eyni bir Millətin övladı olmağın qürurunu yaşadıq.


Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Üzeyir Zeynalov və əməkdaşları Milli Qəhrəman Natiq Qasımovun xatirə bulağının və barelyefinin açılışında iştirak etmişdir. Üzeyir müəllim bununla bağlı sosial media hesabında paylaşım etmişdir:
"Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışında iştirak etdik.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlham İsmayılov, Millət vəkili hörmətli Aydın Mirzəzadə və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Milli Qəhrəman Natiq Qasımovla eyni bir Millətin övladı olmağın qürurunu yaşadıq.
Öz Qəhrəman Əsgərinə verdiyi yüksək dəyərə görə Ali Baş Komandana minnətdarlığımızı bildiririk.
Milli Qəhrəman Natiq Qasımovun timsalında bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq."

Oxunub: 119
Oxşar xəbərlər
SON XƏBƏRLƏR