Türkiyənin xarici işlər naziri Hakan Fidan qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə telefonla danışıb.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, tərəflər Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına və Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısına hazırlığı müzakirə ediblər.
Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Oxunub: 41