Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçılarına Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq barədə məlumat verib.
Bu barədə nazir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Moskvada keçirilən MDB Xarici İşlər Nazirləri Şurasının iclasında gündəlikdəki məsələləri, eləcə də gələcək üçün planları və əməkdaşlıq perspektivlərini müzakirə etdik. Həmkarlarımı Bakıda keçiriləcək COP29 tədbirinə hazırlıqla bağlı da məlumatlandırdım”, - paylaşımda bildirilib.
Oxunub: 42