dini radikalizm və ekstremizmlə mübarizə

Mingəçevir şəhər təhsil sektorunun müdiri Sevinc Həsənova Müəllim Günü ilə əlaqədar təbrik yayımlayıb


Bu gün Beynəlxalq Müəllimlər Gününü qeyd etməyiniz müəllim adına , müəllim nüfuzuna göstərilən yüksək diqqqət və qayğının nəticısidir .Müəllim adını , müəllim nüfuzunu hər zaman yüksək tutan , müəllim adından yüksək və uca bir ad tanımıram deyərək müasir Azərbaycanın qurucusu , memarı Ulu öndər Heydər Əliyev özü hər bir azərbaycanlı üçün bir örnək , bir müəllim olmuşdur .
Ulu Öndərin hakimiyyəti illərində təhsil sisteminin inkişafına xüsusi diqqət yetirilmiş, müəllimlərin rolunu artırmaq məqsədilə bir sıra islahatlar həyata keçirilmişdir ki, bu missiya bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir .
5 oktyabr Beynəlxalq Müəllimlər Günü dünyanın 100 dən çox ölkəsində keçirilir .Beynəlxalq müəllimlər Gününün qeyd olunması ilə bağlı qərarı YUNESKO 1966 cı il oktyabrln 5 də vermişdir .Bu təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyyə xarakterli sənəd də qəbul etmişdir .Müstəqil Azərbaycanımzda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu Öndər Heydər Əliyev vermişdir .
Bu bayram müəllimlərin cəmiyyətin inkişafındakı əhəmiyyətini vurğulayır və yüksək səviyyədə dəyərləndirir .
Bu gün müəllim təkcə bilik verməklə kifayərlənmir eyni zamanda şagirdlərin vətənpərvər ruhda böyüməsində , düşünmə və yaradıcılıq qabliyyətinin, intelektinin , müasir innovasiyalar və yeni texnologiyaların inkişafına təkan verən XXI əsrin gəncini förmalaşdırır .
Məs Siz müəllimlərin yetişdirdiyi mərd , məğrur , vətəni sonsuz məhəbbətlə sevən gənclər torpaqlarımızın azadlığı, suverenliyi uğrunda qəhrəmancasına döyüşərək düşmən əsirliyində olan tarixi yurdumuzu azad edərək , ŞƏHİDLİK zirvəsinə yüksəldilər. Ölməzliyə qovuşan əbədiyaşar qəhrəmanlarımızın əziz xatirəsini hər zaman dərin hörmət və ehtiramla yad edir, yetişən gənc nəslə bir qəhrəmnalıq dərsi olaraq tədris edirik .
Əziz müəllimlər , Dəyərli Həmkarlar !
Dərin hörmətlə Mingəçevir Təhsil ailəsinin hər bir dəyərli üzvüni 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə səmimi qəlbdən təbrik edir , şərəfli və məsuliyyətli missiyanızda Sizə yeni –yeni uğurlar, nailiyyətlər arzulayırıq !
Eyni zamanda Doğma Qarabagımızda ilk pedaqoji fəaliiyətə başlayan,ölkəmizdən xaricdə yaşayan təhsilverənləri , ali təhsil müəssisələrində pedaqoji fakultələrdə təhsil alan gənclərimizi , onların simasında canımız Azərbaycanın inkişafında fəaliyyət göstərən bütün təhsil işçilərini səmimi qəlbdən təbrik edir, bu adın hər zaman şərəfini, nüfuzunu qorumağı , uca tutmağı Ulu Öndərin ideyalarına sadiq qalmağı arzulayırıq !

Yüksək istedad və bacarığa , hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşmasında göstərdiyiniz fədakarlıq və əzmə görə dərin təşəkkürümüzü bildiririk !

Müəllimlər Gününüz Mübarək !!!

Sevinc Həsənova
Mingəçevir şəhər təhsil sektorunun müdiri

Oxunub: 304
Oxşar xəbərlər
SON XƏBƏRLƏR