dini radikalizm və ekstremizmlə mübarizə

Prezident həmkarlarını təbrik etdi - Yenilənib

Prezident həmkarlarını təbrik etdi - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm.

Biz Azərbaycan-Almaniya əlaqələrinin hərtərəfli inkişafına xüsusi önəm veririk. İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Noyabr ayında Bakıda keçiriləcək COP29 çərçivəsində Almaniya ilə sıx əməkdaşlıq edəcəyimizə ümidvar olduğumu bildirirəm.

Belə bir bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

***

Prezident, həmçinin Koreyanın Prezidenti Yun Sok Yola da təbrik məktubu ünvanlayıb:

“Hörmətli cənab Prezident,

Koreya Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan Koreya ilə əlaqələrinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Koreya Respublikasına daim əmin-amanlıq və rifah arzulayıram”.

***

Dövlət başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidə də təbrik məktubu göndərib:

“Hörmətli cənab Prezident,

İraq Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlarda əməkdaşlığımız daha da genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İraq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Oxunub: 46
Oxşar xəbərlər
SON XƏBƏRLƏR