Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
150 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisə zamanı avtobusda olan sərnişin, 2000-ci il təvəllüdlü Babayev Əli Şahin oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Oxunub: 28