dini radikalizm və ekstremizmlə mübarizə

Sabiq baş nazirin diplomatik pasportu ləğv edilib


Banqladeşin müvəqqəti hökuməti sabiq baş nazir Şeyx Hasinanın diplomatik pasportunu ləğv etmək qərarına gəlib

Bu barədə “The Hindu” qəzeti Banqladeş Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Bildirilir ki, Şeyx Hasinanın, eləcə də onun “Avami liqası” partiyasından olan keçmiş parlament üzvlərinin diplomatik pasportlarının ləğvi ilə bağlı rəsmi sərəncam “tezliklə” dərc olunacaq. Beləliklə, sabiq baş nazirin istefa verdiyi gün Hindistana gedərkən istifadə etdiyi sənəd qüvvəsini itirəcək.

Banqladeş Daxili İşlər Nazirliyinin təhlükəsizlik xidməti bu qərarı “bütün maraqlı tərəflərlə məsləhətləşdikdən sonra qəbul edib və artıq ölkənin bütün miqrasiya xidmətlərini bununla bağlı məlumatlandırıb.

Oxunub: 124
Oxşar xəbərlər
SON XƏBƏRLƏR